İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tesla” on minlərlə avtomobilini geri çağıracaq

Elektromobil istehsalçısı “Tesla” sükan mexanizmindəki nasazlıq riski səbəbindən ABŞ-da 40 168 avtomobilini geri çağıracaq.

Bu barədə ölkənin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) press-relizində deyilir.

Bildirilir ki, 2017-ci ildən 2021-ci ilə qədər istehsal edilmiş bəzi Model S və Model X avtomobilləri geri çağırılacaq. Məlumata görə, İlon Maskın şirkəti səhvi düzəltmək üçün proqram təminatı yeniləmək niyyətindədir.

Sözügedən nasazlıq riskinin qəza ehtimalını artırdığı vurğulanır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR