İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərlan Qasımova mötəbər mükafat verildi - FOTO, VİDEO

“Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov “Şimal sərvəti” (“Dostoyaniye Severa”) mötəbər regional mükafata layiq görülüb.

Musavat.com xəbər verir ki, mükafatlandırma mərasimi dekabrın 20-də Arxangelsk Filarmoniyasında keçirilib.

2003-cü ildə təsis edilmiş “Şimal Sərvəti” mükafatı Arxangelskdə iqtisadi, sosial, elm və təhsil, vətəndaş cəmiyyəti və digər sahələrin inkişafına xidmət edir. Arxangelsk Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov regionun bu başlıca mükafatına layiq görülən ilk diaspor nümayəndəsidir.

Qeyd edək ki, Tərlan Qasımov bir müddət əvvəl ictimai fəaliyyətinə, o cümlədən M.V.Lomonosov adına Şimal Federal Unuversitetinin Energetika, Neft və Qaz Ali Məktəbində əfsanəvi neftçi Fərman Salmanov adına elmi laboratoriyanın yaradılmasında xidmətlərinə görə “Baybakov Fondu” tərəfindən də Qızıl medala layiq görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR