Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim Bakıda keçirilən COP29 beynəlxalq konfransı çərçivəsində “Qarabağ” klubunun təşkil etdiyi tədbirdə iştirak edib.
Fatih Terim çıxışı zamanı tədbirdə iştirak edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu salamlayıb. Terim Rəşadın Türkiyədə futbolçu kimi çıxış etdiyini, hazırda isə onun həmkarı olduğunu xatırladıb. Sadıqovu salamlayan Terim bu zaman ona “Sadıq” deyə xitab edib.
Rəşad Sadıqov isə özünün İnstaqram səhifəsində onunla bağlı Terimin çıxışının videosunu paylaşıb. Bu zaman o, “İmperator” sözlərini qeyd edib. Terimin “Sadıq” sözləri haqda isə yazıb: “Türkiyədə məşqçilər və futbolçular məni çox vaxt Sadıq deyə çağırırdı”. (qol.az)
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ