Onlayn ictimai-siyasi qəzet
“Londonda Paşinyan-Əliyev görüşünün olmaması iki ölkə arasında iyulun 1-nə planlaşdırılan reqlamentə dair razılaşmanın baş tutmaması ilə birbaşa bağlıdır”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı Tiqran Abramyan tərəfindən sosial şəbəkədəki hesabında yazdığı statusda əks olunub.
Onun sözlərinə görə, tərəflər arasında ən azı 3 problem var ki, bunlar ayrı-ayrılıqda və ya üçü birlikdə ikitərəfli gündəliyin formalaşmasına və görüşün onun əsasında təşkilinə təsir göstərib.
“Birincisi, qeyd olunduğu kimi, delimitasiya prosesi ilə bağlı məsələlər, daha dəqiq desək, əvvəllər müəyyən edilmiş müddət olmasına baxmayaraq, bu məqama qədər razılaşdırılmamış addımlar və yanaşmalar ardıcıllığıdır.
İkincisi, Azərbaycanın son vaxtlar fəal şəkildə təbliğ etdiyi Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Bununla bağlı Paşinyan hakimiyyəti dəyişikliklərə ehtiyac gördüklərini qeyd edir, lakin bunun Azərbaycanın tələbi ilə olmadığını göstərməyə çalışır.
Üçüncüsü, regional kommunikasiyalar məsələsi gündəmdə qalır və onun müxtəlif ssenarilər üzrə nəticəsi təkcə regional deyil, həm də müxtəlif geosiyasi mərkəzlərin diqqətindədir.
Bütün bu amillərə baxmayaraq, yaxın gələcəkdə ikitərəfli görüşün baş tutacağı istisna edilmir, Paşinyan iqtidarı bir çox oxşar situasiyalarda nəinki təslim olub, həm də yanaşmalar baxımından ciddi güzəştlərə gedib”, - deyə erməni deputat qeyd edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ