İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tərbiyəçi-müəllimlərin yarıdan çoxunun ixtisas təhsilinin olmaması..."-Günel Səfərova

“Bağçalar icra hakimiyyəti qurumlarına tabe idi. Biz bu gün günahkar tapsaq belə, bu, problemi həll etməyəcək”.

Bunu Musavat.com-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O bildirib ki, icra hakimiyyətlərinin tabeliyindəki idarə və qurumları ciddi araşdırılmasına ehtiyac var:

“Bağçalar Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra qanunvericiliyin tələb etdiyi şəkildə monitorinqlər aparıldı, real vəziyyət ortaya çıxdı. Qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq ixtisası olmayan tərbiyəçilərin dərəcələri azaldıla, sertifikasiya tələb oluna bilər. Əsas məsələ uşaqlarla birbaşa təmasda olan şəxslərin pedaqoji təhsilinin olmalıdır. Qanunlar çərçivəsində müvafiq tədbirlər görülməlidir. Digər tərəfdən fərdi yanaşmanın mümkün olub-olmamasına baxmaq lazımdır”.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi APA-nın bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumatla bağlı sorğusuna cavab olaraq bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR