Onlayn ictimai-siyasi qəzet
"Telegram" sosial şəbəkəsində iki funksiya ləğv edilib.
Bu barədə tətbiqin həmtəsisçisi Pavel Durov özünün rəsmi "Telegram" kanalında məlumat paylaşıb.
O bildirib ki, "Yaxın insanlar" funksiyası, həmçinin "Telegram"ın oflayn bloq alətinə yeni media fayllarının yüklənməsi dekativ edilib.
Durov bunların istifadəçilər tərəfindən bəyənilməyən, platforma administrasiyası üçün problem yaradan funksiyalar olduğunu deyib.
Onun sözlərinə görə, "Yaxın insanlar" funksiyasından "Telegram" istifadəçilərinin 0,1%-dən az hissəsi istifadə edib. Bununla yanaşı, funksiya botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olub. (Publika.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ