İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əvivdə etirazlar başladı - Əsir götürülənlərin ailələri...

Oktyabrın 7-də İsrailin cənubunda HƏMAS və İslami Cihad silahlıları tərəfindən əsir götürülən israillilərin ailələri paytaxt Təl-Əvivdə nümayiş keçiriblər.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, onlar baş nazir Benyamin Netanyahunun istefasını və Qəzza zolağından yaxınlarının geri qayıtmasını tələb edirlər.

Qeyd edək ki, HƏMAS son olaraq verdiyi açıqlamada əllərində olan əsirlərin sayının 50 nəfər olduğunu bildirmişdi. 

Bir neçə gündür ki, ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün Fələstinin radikal “HƏMAS” hərəkatı ilə apardığı danışıqlar nəticəsiz qalıb.

Qeyd olunub ki, razılaşmanın şərtləri arasında müvəqqəti atəşkəs, İsrailin Qəzza zolağına su nəqlini bərpa etməsi və anklava humanitar yardımın çatdırılmasının intensivləşdirilməsi olub.

@@TVmusavat/71549@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR