İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı"- Səlcuq Bayraktar

"Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir".

Musavat.com xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib.

Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq:

"Bəxtiyar Vahabzadənin dediyi kimi, bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq.
Bir ananın iki oğlu
Bir amalın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan -Türkiyə".

Afaq Mirayiq,
Elçin Əkbərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR