İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran və İrəvan yenə “saat əqrəbləri”ni tutuşdurdu - hədəf

İranın Ali Təhlükəsizlik Şurasının katibi Ermənistana getdi; iki ölkənin təhlükəsizliklə bağlı hansı ortaq məqsədi ola bilər ki?

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani erməni həmkarı Armen Qriqoryanın dəvəti ilə iyulun 7-də İrəvana səfər edib. “Yeni Müsavat”ın Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, səfər çərçivəsində general Şamxani Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb. Ermənistan və İran Təhlükəsizlik Şuralarının katibləri arasında işçi müzakirələr də nəzərdə tutulurdu.

Şamxanini İrəvan hava limanında şəxsən Qriqoryan qarşılayıb. Maraqlıdır, iki tərəfin təhlükəsizlik bağlı müzakirə edəcəyi hansı ortaq məsələsi ola bilər, əgər Ermənistanın İranla sərhədini belə, ermənilər deyil, rus hərbçiləri qoruyursa? Ermənistan doğrudanmı İran üçün bu qədər vacib ölkədir ki, Şamxani Bakıya deyil, İrəvana getməyi zəruri sayıb? Axı Tehran balansı yenə niyə pozur? İran rəhbərliyində bu qədər Ermənistan sevgisi nədən qaynaqlanır? Ümumiyyətlə, Tehran və İrəvanın “saat əqrəbləri”ni tutuşdurması hansı zərurətdən doğub?

Görünən budur ki, son günlər İran Azərbaycanla münasibətdə yenidən “ikibaşlı” siyasət aparır. Belə ki, bir neçə gün öncə İranın ali dini rəhbəri Əli Xameneinin ofisinin mətbuat orqanı olan “Keyhan” qəzeti vasitəsilə ölkəmizin dünyəvi dövlət quruluşunu hədəf alan İran, bu dəfə də “SEPAH” vasitəsilə Azərbaycana sətiraltı mesajlar göndərib. SEPAH-ın rəsmi “Teleqram” kanalı Azərbaycan və İran bayraqlarının yer aldığı fotonu paylaşaraq, bu sözləri yazıb: “Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə ”Fateh"i (İranın ballistik raketi) də işə salırıq..."

“Orta doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Azərbaycan İranla münasibətdə qonşuluq prinsiplərinə böyük önəm verir: “Azərbaycan qonşuluq münasibətlərinə hörmət edərək, bu cür təxribatlara getmir. Bildiyiniz kimi, ABŞ SEPAH-ı terror təşkilatı elan edib. Azərbaycanın da haqqı çatır ki, SEPAH-ı terror təşkilatı kimi tanısın. Ancaq biz İrandan fərqli olaraq, qonşuluq münasibətlərini qorumağa çalışırıq. Qarabağdakı torpaqlarımızı işğaldan azad etdikdən sonra İranın Azərbaycana münasibəti daha da kəskinləşib. Azərbaycanın qələbəsindən sonra İran daha çox ölkəmizi hədəf alan bəyanatlar səsləndirməyə başladı. Onlar mütəmadi olaraq Qarabağda sionistlərin varlığını iddia edərək, ”Sionistlərə ölüm", “İsrailə ölüm” kimi şüarlar səsləndirirlər".

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar  bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev bu səfərdə Azərbaycan üçün müəyyən təhlükələr görür: “İran dövlət quruluşunda Ali Milli Təhlükəsizlik Şurası SEPAH-ın da üstündə olan ən yüksək təşkilatdır. Təşkilatın katibinin İrəvana gəlməsi və Paşinyanla görüşməsi fonunda Azərbaycan üçün müəyyən təhlükələr görürəm. SEPAH son zamanlar Azərbaycana qarşı səlib yürüşünə başlayıb. Ölkəmizi sionistlərlə bağlayır, eyni zamanda raketlərlə vurmaq məsələsini gündəmə gətirirlər. İran həm də narkotik ticarətini Ermənistan vasitəsilə həyata keçirməyə çalışır. Digər tərəfdən, Azərbaycan torpaqlarını azad edəndən sonra İranın narkotrafiki zəifləyib, buradan keçirə bilmir. Ona görə indi ola bilsin həmin prosesi Ermənistan vasitəsilə həyata keçirməyə çalışırlar. Tehran nüvə silahı əldə etmək istəyir və bu məsələdə Rusiyanın və Ermənistanın yardımına ümid edir. Moskvanın isə İrəvanın əli ilə bunu edəcəyinə inanmıram. Çünki Rusiya bilir ki, ermənilər həmin an məsələni dünyaya çatdıracaq”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, İran guya balans saxlamağa çalışır: “Bizim xarici işlər naziri Ceyhun Bayramov Tehranda iranlı həmkarı ilə görüşdü, qarşılıqlı əməkdaşlıqdan söhbət açıldı, Zəngəzur yolunun işə düşməsi müzakirə olundu, ardınca Ermənistanın könlünü xoş etmək üçün İranın Ali Təhlükəsizlik Şurasının katibi İrəvana getdi. Bununla rəsmi Tehran nümayiş etdirir ki, guya Azərbaycan və Ermənistan arasında bərabərlik işarəsi qoyur. Amma İran heç bir halda Ermənistanla bağlı siyasətini dəyişmək istəmir. Bunun səbəblərini də Azərbaycanın İsraillə olan yaxşı münasibətlərinə bağlayır. Baxmayaraq ki, yeni administrasiya ilə əlaqələr rəvan gedir, Azərbaycan Prezidenti ilə iranlı həmkarı İbrahim Rəisi Aşqabadda görüşdülər, bir-birinə ölkələrinə dəvət etdilər, nazirlərin müzakirəsindən sonra da prezidentlərin qarşılıqlı səfərləri nəzərdə tutulur, Zəngilandan İrana keçərək Naxçıvana quru yol açılması haqda memorandum var, yəni bir sıra umu-küsülər aradan qalxıb, habelə İrandan Qarabağın dağlıq hissəsinə qanunsuz daşımalar dayanıb, amma yenə İranda müəyyən dairələr vaxtaşırı bizi narazı salacaq addımlar atırlar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR