İnsanlara hürriyət, millətlərə istiqlal!

17 ölkə birləşib Gürcüstanı hədələdi

“Tiflis demokratiyanı sarsıtmağa və insan haqlarını tapdalamağa davam edərsə...”

17 Avropa ölkəsinin xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsinin birgə bəyanatı yayılıb. Böyük Britaniyanın da imzaladığı bəyanatda “Gürcüstandakı vəziyyətdən ciddi narahatlıq” ifadə olunub və “Gürcü Arzusu” hakimiyyəti kəskin tənqid edilib.
Musavat.com “Exo Kavkaza”ya istinadən xəbər verir ki, bəyanatı bu ölkələr imzalayıblar:

Belçika,
Çexiya,
Danimarka,
Estoniya,
Finlandiya,
Fransa,
Almaniya,
İslandiya,
İrlandiya,
Latviya,
Litva,
Hollandiya,
Norveç,
Polşa,
İspaniya,
İsveç,
Böyük Britaniya,
eləcə də Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi.

“Biz Gürcüstanda vəziyyətin pisləşməsindən dərindən narahatıq”, – bəyanatda deyilir.

Bəyanatı imzalayan ölkələr Gürcüstanda müxalifət liderlərinin son həbslərini qətiyyətlə pisləyib. Onların yerli seçkilərə bir neçə ay qalmış həbsinin siyasi motivli olduğunu bəyan ediblər.

Sənəddə vurğulanır ki, “müxalifət üzvlərinin həbsləri, hökuməti tənqid edənlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə, dinc etirazçılara və müstəqil jurnalistlərə qarşı repressiyaların artması Gürcüstanda demokratiyadan avtoritarizmə sürətli keçiddir”. Sənədi imzalayanların fikrincə, müstəqil vətəndaş sektoruna və legitim etiraz formalarına qarşı yönəlmiş son qanunvericilik dəyişiklikləri də tənqid olunub. 

58b0c0a-0f2e654-gettyimages-1241478824.jpg (116 KB)

Bəyanatda deyilir ki, “Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən siyasi repressiya kursu artıq Qərb tərəfdaşları ilə münasibətlərin ciddi şəkildə pisləşməsinə, o cümlədən yardımların azaldılmasına və əməkdaşlığa məhdudiyyətlərə gətirib çıxarıb. Gürcüstan hökumətinin avtoritar və anti-Avropa kursu ölkənin demokratik nailiyyətlərini və dövlətlərimizlə münasibətlərini getdikcə daha çox təhlükə altına qoyur”, – bəyanatda deyilir.

Avropalı diplomatlar vurğulayırlar ki, onlar Gürcüstan hakimiyyətinin “anti-demokratik hərəkətlərinə və insan haqları pozuntularına qarşı mübarizəni davam etdirəcəklər və Tiflis demokratiyanı sarsıtmağa və insan haqlarını tapdalamağa davam edərsə, bütün mövcud alətlərdən istifadə edəcəklər”.

Bəyanatın yekun hissəsində “haqsız yerə həbs edilmiş siyasətçilərin, jurnalistlərin və fəalların” dərhal azadlığa buraxılması, repressiv qanunvericiliyin ləğvi və bütün maraqlı tərəflərin iştirakı ilə milli dialoqun başlanması tələb olunur.

Yada salaq ki, iyulun 1-də Böyük Britaniyanın təşəbbüsü ilə Gürcüstandakı vəziyyətlə bağlı onlayn əlaqələndirmə görüşü keçirilib. Görüşdən sonra Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad X sosial şəbəkəsində yazıb ki, “Gürcü Arzusu”nun avtoritarizmə doğru dəyişməsi qəbuledilməzdir". 

b3bb6a2-1200.jpg (213 KB)

İyunun 30-da Gürcüstanın Londondakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və Gürcüstan hökumətinin Böyük Britaniya da daxil olmaqla Qərb tərəfdaşlarına qarşı “yalan ittihamlarına və açıq hücumlarına” etiraz edilib.

London artıq Gürcüstanın bir sıra yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. Hələlik məhdudiyyətlər hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri, milyarder və keçmiş baş nazir Bidzina İvanişviliyə təsir etməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR