İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükə ARTIR - Polşa Belarusla sərhədə min əsgər yerləşdirir

Polşa Belarusla sərhədə əlavə min əsgər yerləşdirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Polsat telekanalı məlumat yayıb.

Qeyd edilir ki, belə bir qərar “Polşa-Belarus sərhədində dinamik vəziyyətlə əlaqədar” qəbul edilib.

Polşa Sərhəd Xidmətinin baş komendantı Tomaş Praha daha min əsgərin Belarus sərhədinə köçürülməsi xahişi ilə Milli Müdafiə Nazirliyinə müraciət edib. Hazırda sərhəddə iki min Polşa əsgəri növbə çəkir.

Bundan öncə Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski litvalı həmkarı Aqne Bilotaite ilə telefon danışığı zamanı Belarusla sərhədlərin tamamilə bağlanması məsələsini müzakirə edib.

Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak isə istehkamçı taborların yaradacağını və bu birliklərin Avqustov şəhərində Belarusla Rusiya Federasiyasının Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizində yerləşəcəyini söyləyib.

Qeyd edək ki, Polşanın narahatlığına əsas səbəb ötən ayın 24-də baş vermiş “qiyam”dan sonra ləğv edilən “Vaqner” ÖHŞ-nin Belarusa gəlməsidir. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdə vaqnerçilərin Polşa ərazisinə girməyə can atdığını söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR