İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Zelenskidən Putini ŞOKA SALAN ANONS - Yaxın zamanlarda...

Ukrayna prezidenti Vladimir Zelenski müharibədə əks-hücuma böyük əzmlə hazırlaşdıqlarını, qısa zamanda mühüm addımlar atacaqlarını bildirib.

Musavat.com xəbər verir ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfə İtaliyanın paytaxtı Romaya səfər edən Zelenski rəsmi təmaslarını başa vurduqdan sonra İtaliya dövlət televiziyasında proqrama qatılaraq italyan jurnalistlərin suallarını cavablandırıb.

Ukrayna lideri İtaliya ictimaiyyətinin Kiyevi dəstəkləməkdən yorulduğu barədə iddialara cavab verib: "Putinin NATO ölkələrinə gəldiyini düşünək. O zaman siz alyansın üzvü olduğunuz üçün vətəndaşlarınızı, atalarınızı və uşaqlarınızı bu müharibəyə göndərəcəksiniz. Mən praqmatik insanam. Cəmiyyətiniz başa düşməlidir ki, öz vətəndaşlarınızı müharibəyə göndərməkdənsə, Ukraynaya kömək etmək daha yaxşıdır”.

Zelenski Ukrayna səmasını İtaliya və Fransa sayəsində qoruya bildiklərini, bu ölkələrdən alınan hava hücumundan müdafiə sistemləri olmasaydı, daha çox itki verəcəklərini söyləyib. Ukrayna prezidenti əhəmiyyətli olan şeyin müharibəni bitirmək olduğunu, xaos içində yaşamaq istəmədiklərini, lakin Putinin "aqressiv" olduğunu bildirib.

Zelenski Çin prezidenti Si Cinpinqlə etdiyi telefon danışığının detallarına toxunub: "Biz mühüm məsələləri müzakirə etdik. Mən Pekinin Moskvaya silah verməyəcəyinə inandığımızı söylədim. Si cavab verdi ki, silah verməyəcəklər və Rusiyanı dəstəkləməyəcəklər".

Zelenski Roma Papası Fransiskin gündəmə gətirdiyi sülh danışıqları ilə bağlı da danışıb: "Mən Papaya hörmət edirəm, amma bizə vasitəçi deyil, sülh lazımdır. Biz Papanı digər liderlər kimi ədalətli sülh üçün işləməyə dəvət edirik. Putinlə vasitəçilik etmək mümkün deyil, bunu dünyanın heç bir ölkəsi edə bilməz”.

Putinlə danışmaq istəmədiyini bildirən Zelenski Ukraynada çıxış yolunun əks-hücum olduğunu və Krım sərhədinə çatdıqda Rusiya daxilində Putinə dəstəyin azalacağını iddia edib.

Ukraynanın əks-hücumunun nə vaxt baş verəcəyi ilə bağlı suala isə Zelenski belə cavab verib: "Qısa müddətdə mühüm addımlar atılacaq. Biz böyük əzmlə hazırlaşırıq və mühüm addımlar atacağıq. Bunun üçün motivasiyamız var. Tarixlə bağlı cavab verə bilmərəm. Biz qələbəyə inanırıq".

Zelenski müharibədə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bunları deyib: "Düşünürəm ki, Putin nüvə silahından istifadə etməyəcək. Rusiya prezidentinin ağlından nə keçdiyini heç kim bilmir, amma biz qorxmamalıyıq. Putinin yaşamaq üçün böyük iradəsi var və yaşamaq üçün hər şeyi etməyə çalışacaq".

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Krımda referendum keçirməkdən çəkinmir, lakin Ukrayna konstitusiyasına zidd olduğu üçün onun ərazisində belə referendum keçirilə bilməz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR