İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yeni müharibənin tarixi BƏLLİ OLDU - Dünya tikan üstündə

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Fransada nəşr olunan “Journal Du Dimanche” (JDD) qəzetində dərc olunan məqaləsində Avropa ölkələrinin donanmalarının Tayvan boğazında patrul xidməti həyata keçirməli olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Borrell Aİ-Çin və Çin-Tayvan münasibətlərini qiymətləndirib.

“Çin təhlükəsizliyimizi birbaşa təhdid etməsə belə, bu, Avropa üçün çoxölçülü problem yaradır. Çin Aİ üçün həm tərəfdaş, həm də rəqibdir. Çin tərəfdaşdır. Biomüxtəliflik, iqlim dəyişikliyi, yoxsul ölkələrin borcu və ya epidemiyalar kimi bir çox məsələlərdə qlobal xarakterini nəzərə alsaq, Çinlə əməkdaşlığa mütləq ehtiyac var. Amma bu, dialoqsuz mümkün deyil. Bir çox məsələlərdə Pekinlə dərin fikir ayrılıqlarımız var. Dəyərlər baxımından Çinin fərdi hüquq və əsas azadlıqlara baxışı bizimkinə tamamilə ziddir”, - deyə, o bildirib.

Qeyd edək ki, Tayvanın xarici işlər naziri Cozef Vu 2027-ci ildə Çinlə müharibəyə hazırlaşdıqlarını bildirib. "Düşünürəm ki, 2027-ci il bizim ciddi olmağımız lazım olan ildir" - nazir deyib.

Borrell Aİ-nin vahid Çin siyasətini dəstəklədiyini, lakin bu dəstəyin heç də bütün hallarda olmadığını vurğulayıb:

“Tayvana münasibətimiz sadə və ardıcıldır. Fikrimizcə, vahid bir Çin var. Ancaq bütün hallarda Pekini dəstəkləmirik. Avropa iqtisadi, kommersiya və texnoloji məsələlərdə çox fəal olmalıdır. Buna görə də mən Avropa donanmalarını bu kritik bölgədə naviqasiya azadlığına sadiqliklərini nümayiş etdirmək üçün Tayvan boğazında patrul xidməti həyata keçirməyə çağırıram. Eyni zamanda, təxribatlara qarşı da ayıq olmalıyıq. Tayvanlıların böyük əksəriyyəti dinc status-kvonun ən uyğun həll yolu olduğuna inanır. Ona görə də gəlin bu prinsipi həyata keçirməkdə qərarlı olaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR