İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukraynadan Rusiyaya KÜTLƏVİ HÜCUM - 28 nəfər...

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə kütləvi hücumları nəticəsində xəsarət alanların sayı 28-ə çatıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə regionun baş cərrahı Andrey Loktionov bildirib.

Onun sözlərinə görə, Sudjanski və Korenevski rayonlarında yaşayan 28 mülki şəxs yaralanıb.

Loktionov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində tibb müəssisələrinə çatdırılan yaralılar əsasən yanıq xəsarətləri və qəlpə yaraları alıblar. 

Qeyd edək ki, dünən, avqustun 6-ı səhər saatlarında Kursk vilayəti Ukraynadan kütləvi hücuma məruz qalıb. Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun tank və zirehli texnikalarını yerləşdirərək sərhədi keçməyə cəhd etdiyini bildirib. Axşam saatlarında vilayət başçısı vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, sərhəddə vəziyyət hələ də gərgin olaraq qalır.

@@TVmusavat/92464@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR