İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Suriya YENİDƏN QARIŞDI: devrilmiş Əsəd rejimindən orduya hücum - ÖLƏNLƏR VAR

Suriya ordusunun Latakiya vilayətində devrilmiş Bəşər Əsəd rejiminin ünsürlərinə qarşı keçirdiyi əməliyyat davam edir. Toqquşmalarda Suriya Ordusunun ən azı 11 təhlükəsizlik zabiti həyatını itirib.

Musavat.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA devrilmiş rejim ünsürlərinin Lazkiyənin Beyt Ana kəndində təhlükəsizlik qüvvələrinə hücum etdiyini və hücumda bir təhlükəsizlik əməkdaşının öldüyünü bildirib.

Xəbərdə ölü və yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə hərəkət edən təcili yardım maşınının da devrilmiş rejim ünsürlərinin hədəfində olduğu bildirilib. Təhlükəsizlik qüvvələrinin kəndə əlavə qüvvələr göndərdiyi və bölgədə bu ünsürlərlə qarşıdurmaların yaşandığı qeyd edilib.

Yerli mənbələrdən alınan məlumata görə, Ceble rayonunda Hmeymim hava limanı və Dəniz Akademiyası yaxınlığında davam edən qarşıdurmalarda ən azı 10 təhlükəsizlik işçisi həyatını itirib. Beləliklə, gün ərzində baş verən qarşıdurmalarda Suriya Ordusundan ən azı 11 təhlükəsizlik qüvvəsi öldürülüb. Münaqişə nöqtələrinə zirehli texnika da daxil olmaqla əlavə qüvvələr göndərilib. İdlib, Homs, Latakiya və Hələb vilayətlərində və Cebledə meydanlara toplaşan yüzlərlə insan devrilmiş rejim ünsürlərinin hücumuna etiraz edib.

Cebledəki Beyt Ana kəndi "Pələng qüvvələri" kimi tanınan 24-cü diviziya komandiri və törətdiyi qırğınlarla tanınan Süheyl əl-Həsanın məmləkəti kimi də tanınır. Suriya ordusu son iki gündə Latakiya və Dera əyalətlərində silahlarını təhvil verməkdən imtina edən rejim ünsürlərinə qarşı əməliyyata başlayıb.

Qeyd edək ki, son məlumatlara görə, ölənlər arasında 16 təhlükəsizlik işçisi, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR