İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: RUSLAR ŞOKDA: Ukraynanın 12 minlik qoşunu Rusiyaya GİRDİ – Amerika Zelenskiyə VAXT QOYDU

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə 12 minlik hərbi qoşunla daxil olub.

Rusiyada Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinovun sözlərinə görə, əraziyə daxil olanların sayı təxminən 12 min nəfərdir. Qeyd etmək istəyirəm ki, çoxlu əcnəbilər var idi, hər yerdə polyak nitqi, ingilis nitqi, fransız nitqi eşidilirdi. Muzdluların əksəriyyəti məhv edilib”.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu yalnız Ukrayna ordusunun məğlubiyyətini sürətləndirir və Kiyev rejiminin beynəlxalq mövqeyini pisləşdirir.

Publika.az xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının istefada olan zabiti Skott Ritter bildirib.

Onun sözlərinə görə, “bütün yeni Qərb silahları Donbasda cəbhəni sabitləşdirmək əvəzinə, Kursk yaxınlığında partladılıb. Bu, Ukrayna ordusunun məğlubiyyətini sürətləndirir", - Amerika kəşfiyyatçısı vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumundan sonra Qərb ölkələri Ukraynada korrupsiya və Vladimir Zelenskiyə inamın azaldığını daha tez-tez və daha açıq şəkildə qeyd etməyə başlayıblar.

“Biz Qərbdə Zelenskinin vaxtının bitdiyinə dair məzmunlu söhbətlər eşitməyə başlayırıq”, - kəşfiyyatçı yekunlaşdırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Ədalət Verdiyevdir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR