İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya TƏLƏYƏ düşdü - On minlərlə əsgəri qurban etdilər, amma...

"Doqquz aylıq sarsıdıcı döyüşlərdən sonra Baxmuta daxil olan rus əsgərləri, əslində, böyük tələyə düşüblər".

Musavat.com xəbər verir ki, bunu ukraynalı general Aleksandr Syrski deyib.

O deyib ki, “Vaqner"in hərbçiləri siçan tələsinə düşmüş siçovullar kimi Baxmuta girdilər”:

Generalın iddiasına görə, "Vaqner" şəhərə doğru irəliləyərkən Ukrayna qüvvələri şəhəri 3 tərəfdən mühasirəyə alıb və hücuma keçib.

Baxmutun qərargahına Moskva nəzarət etsə də, hərbi analitiklər Kremlin qələbəsinin strateji baxımdan sərfəli olmadığını deyirlər. İndi Kiyev şəhərin ətrafında yüksək yer tutur və rus əsgərləri avtomatik olaraq Ukrayna artilleriyasının gözü qarşısındadır.

15 aydır davam edən müharibədə böyük əks-hücuma hazırlaşan Ukrayna üçün ən önəmli məqam Rusiyanın kiçik bir şəhər üçün itirdiyi əsgərlərin sayıdır.

"Vaqner"in Baxmut döyüşü üçün on minlərlə adamını qurban verməsi qrupun lideri Yevgeni Priqojin tərəfindən də qəbul edilən bir faktdır. Ukraynanın fikrincə, bu vəziyyət düşmənin ruhdan düşməsinə səbəb olur.

Hərbi analitiklərin fikrincə, "Vaqner" ilə Kreml arasında aylardır davam edən qarşıdurma Kiyev üçün böyük üstünlükdür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR