İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya rəsmən HƏRƏKƏTƏ KEÇDİ - Putin sabah ELAN EDƏCƏK

Aylarla Rusiyanın işğalına müqavimət göstərən Ukrayna qüvvələri Qərbdən gələn silahların köməyi ilə hücuma keçib. Rusiyanın cavabı Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum keçirmək qərarı olub.

Musavat.com AFP-yə istinadən xəbər verir ki, referendumun "nəticələri" elan edildikdən sonra Rusiya hərəkətə keçib.

Kremlin açıqlamasına görə, Moskva referendumla Rusiyaya birləşməyə qərar verən 4 bölgə üçün rəsmi addımı sabah atacaq.

Sabah yerli vaxtla saat 15:00-da bu regionların Rusiyaya ilhaq edilməsi ilə bağlı imzalanma mərasimi keçiriləcək. Rusiya prezidenti Vladimir Putin mərasimdə açıqlamalar verəcək.

Qeyd edək ki, Moskvada çıxan “Vedomosti” qəzeti referendumun davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb.

Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə əsaslanaraq yayımlayıb.

Səsvermə Qərb dövlətləri və Kiyev tərəfindən "saxtakarlıq" kimi qiymətləndirilib və nəticələrin tanınmayacağı elan edilib.

Xatırladaq ki, Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və bu torpaqlar 97 faiz lehinə səslə Rusiyaya ilhaq edilib.

Lakin bir çox ölkələr hələ də Krımı Ukrayna ərazisi kimi tanıyır.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR