İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya qərarını verdi - Bu ölkəyə ŞOK

Almaniyanın 30 rus diplomatı ölkədən qovmaq qərarına cavab olaraq alman diplomatlar da Rusiyadan çıxarılır.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Berlin rəhbərliyinin qərarına cavab olaraq alman diplomatların da eyni şəkildə ölkədən çıxarılmasına qərar verildiyi bildirilib.

"Almaniya hakimiyyəti növbəti dəfə rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəlib. Biz Berlinin Rusiya-Almaniya münasibətlərinin bütün strukturunu, o cümlədən diplomatik ölçüsünü cəsarətlə pozmağa davam edən bu hərəkətlərini qətiyyətlə pisləyirik. Almaniyanın düşmənçilik hərəkətlərinə cavab kimi alman diplomatları Rusiyadan çıxarmağa və Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa qərar verdik", - Rusiya XİN-in bəyanatda deyilir.

Bildirilib ki, qərar Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Moskvadakı səfiri G. von Geyrə çatdırılıb.

Qeyd edək ki, Almaniya rus diplomatları məlumat toplama fəaliyyətində iştirak etdikləri səbəbindən ölkədən çıxarmağa qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR