İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya casusları BU ƏRAZİDƏ hərəkətə keçdi - Təxribata hazırlıq gedir

Danimarka, Norveç, İsveç və Finlandiya dövlət televiziyası Rusiyanın Şimal dənizində külək turbinləri, qaz boruları, elektrik və internet kabellərinə yönəlmiş təxribat törətməyə hazırlaşdığını iddia edib.

Musavat.com xəbər verir ki, dövlət televiziyalarının birgə araşdırması nəticəsində Rusiya donanmasının Şimal dənizində balıqçı qayıqları və tədqiqat gəmiləri kimi maskalandığı müəyyən edilib.

Bu donanmanın sualtı müşahidə avadanlığı daşıdığı və mümkün təxribat üçün mühüm ərazilərin xəritəsini çəkdiyi də iddia edilib.

BBC-nin yüksək vəzifəli şəxslərə istinad etdiyi xəbərinə görə isə, rus gəmiləri Britaniya sularında "təxribat proqramı" çərçivəsində hərəkət etməyə başlayıb.

Danimarka kəşfiyyatçılarından biri deyib ki, təxribat planları Qərblə hərtərəfli münaqişə vəziyyətində hazırlanıb. Norveç Kəşfiyyat Xidmətinin rəhbəri bu planlara Rusiya tərəfindən böyük əhəmiyyət verildiyini bəyan edib.

4 ölkənin mediası bu gəmilərin Skandinaviya ölkələrinin ərazi sularında üzdüyünü və mövqelərini gizlətmək üçün ötürücülərini söndürdüyünü iddia edir.

643ffbcd4e3fe11a4c8830c5.jpg (55 KB)

Televiziyaların birgə araşdırması Rusiyanın “Admiral Vladimirski” adlı gəmisinə yönəlib. Rəsmi olaraq bu, okean kəşfiyyatı və ya sualtı tədqiqat gəmisidir. Lakin hesabatda onun, əslində, Rusiya casus gəmisi olduğu iddia edilir.

Britaniya Kral Donanmasının adı açıqlanmayan keçmiş mütəxəssisi İngiltərə və Hollandiya sahillərində gəminin hərəkətini izləyir. Gəminin bölgədəki külək turbinləri olan ərazilərə yaxınlaşarkən sürətini azaltdığı və ötürücüsünü söndürərək burada bir ay üzdüyü iddia edilir.

Araşdırma aparan media orqanları gəmidə maskalı şəxslərin olduğuna da diqqət çəkir.

Qeyd edək ki, eyni gəminin keçən il Şotlandiya sahillərində göründüyü bildirilmişdi. Gəmi noyabrın 10-da Moray Firth körfəzinə girərkən görüntülənmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR