İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rus hərbçiləri bir-birini ÖLDÜRDÜ, Rusiyaya DƏHŞƏTLİ zərbələr – Tramp Zelenskiyə “SÜLH” dedi

Ukraynaya qarşı müharibədə iştirak edən bir qrup rus hərbçinin hərbi sursatla ehtiyatsız davranışı ölümlə nəticələnib.
Bu barədə "Telegram" kanallarında video yayılıb.
Sözügedən videoda döyüş yoldaşları ilə birlikdə hərbi sursatı sökməyə çalışan bir hərbçi ani diqqətsizlik nəticəsində baş verən partlayışdan sonra həlak olur.
Baş verən partlayışın ardından rus hərbçinin digər yoldaşlarının ağır yaralandığı, birinin əlinin qopduğu görünür.

Dünən - iyulun 19-da Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidentliyinə namizəd Donald Tramp arasında telefon danışığı olub.

Moderator.az xəbər verir ki, "UNİAN"-ın yaydığı məlumata görə, bu barədə “Ukrainskaya pravda” nəşri Ukrayna Prezident Ofisinəki mənbələrə istinadla informasiya yayıb.

"Mənbələrə görə, söhbətin təfərrüatları hələlik məlum deyil" dedi.

Daha sonra Zelenski özü məlumatı təsdiqləyib.

Mən Donald Trampla danışdım, onu Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsi münasibətilə təbrik etdim və Pensilvaniyadakı şokedici sui-qəsdi pislədim. Mən ona güc və gələcəkdə mütləq təhlükəsizlik arzulayıram”, - deyə prezident sosial şəbəkələrdə bildirib.

O, iki böyük Amerika partiyasının və Amerika Konqresinin iki palatasının "ölkəmizin azadlığını və müstəqilliyini müdafiə etməkdə" "həyati" dəstəyindən danışdığını söylədi.

“Biz prezident Trampla şəxsi görüşdə hansı addımların dünyanı ədalətli və həqiqətən möhkəm edə biləcəyini müzakirə etmək barədə razılığa gəldik”, -deyə Ukrayna lideri əlavə edib.

Tramp da Zelenski ilə telefon danışığı ilə bağlı məlumatı da təsdiqləyib və söhbəti “çox yaxşı” adlandırıb.

"O, məni Respublikaçıların Milli Qurultayının çox uğurlu keçirilməsi və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməyim münasibətilə təbrik etdi. O, ötən şənbə günü baş vermiş dəhşətli sui-qəsd cəhdini pislədi və Amerika xalqının bu vaxtlarda birlik içində bir araya gəldiyini qeyd etdi", - Tramp "Truth Social" sosial media şəbəkəsində yazıb.

Prezidentliyə namizəd həmçinin qeyd edib ki, ona müraciət etdiyi üçün prezident Zelenskiyə minnətdardır.

"Çünki mən, sizin ABŞ-ın növbəti prezidenti olaraq, dünyaya sülh gətirəcəyəm və bu qədər insanın həyatına son qoyan və saysız-hesabsız günahsız ailələri məhv edən müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyacaq və tərəqqiyə getməyə zəmin yaradacaq bir razılaşma əldə edə bilər”, - Tramp əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR