İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Quru qoşunları döyüşə hazır vəziyyətə gətirildi – Üzeyir Cəfərovla “Canlı debat”

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR