İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin GİZLİ PLANI deşifrə oldu - Dünyanı YENİ MÜHARİBƏ gözləyir

Rusiya prezidenti Vladimir Putin Qərbin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün Balkanlara nəzər yetirir.

Musavat.com "Washington Times"a istinadən xəbər verir ki, bu iddia Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzija tərəfindən səslənib.

Putinin gizli plan çərçivəsində Şərqi Avropada ikinci qarşıdurmanı qızışdırmaq üçün Balkanlara müdaxilə etdiyini bildirən Laqumdzija Vaşinqtona “bu məsələni nəzərətdə saxlaması” ilə bağlı xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi qeyd edib ki, on beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri Moskvanın təsəvvür edə biləcəyindən də artıq olub.

"Ruslar separatçı təbliğat və əlaqələri gücləndirir və bunu inkar edirlər" - o deyib.

Rusiyanın Ukraynadakı uğursuzluğunun ABŞ və Avropa Birliyinə şans verdiyini vurğulayan Laqumdzija bildirib ki, son illərdə Rusiya, Çin və digərlərinin itirdiyi regional nüfuzu ələ keçirmək şansı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR