İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Putinin aşpazı"ndan Ukraynaya ŞOK TƏKLİF - Rusiyaya inanılmaz ZƏRBƏ

Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin rus qoşunlarının yerlərini Ukraynaya satmağı təklif edib.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu “Washington Post” nəşri yazıb.

“Washington Post”un xəbərinə görə, Priqojin yanvar ayında Ukraynanın qoşunlarını Baxmut bölgəsindən çıxarması müqabilində Rusiya qüvvələrinin mövqeləri haqqında məlumatı Kiyevə satmağı təklif edib və bu təklifi Ukrayna Kəşfiyyat Xidməti ilə əlaqələri vasitəsilə edib.

Xəbərdə Ukraynanın bu təklifi rədd etdiyi barədə məlumatlar yer alıb.

Xatırladaq ki, ötən həftə Priqojin Rusiya Müdafiə Nazirliyini Baxmut bölgəsindəki "Vaqner" əsgərlərinin bölgədən çəkiləcəyi ilə hədələyib.

Musavat.com olaraq qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan Yevgeni Priqojin "Putinin aşpazı" ləqəbi ilə tanınır. Milyarder iş adamı qaynar bölgələrdə əməliyyatlar keçirən və təxribatla məşğul olan “Vaqner” özəl hərbi birləşməsinin yaradıcısı və sahibidir. Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan biznesmen Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtlardan tanıyır.

Priqojinin adı 2010-cu illərə qədər Qərb mediasında "trol fabriki" dezinformasiya bölməsi tərəfindən tez-tez xatırlanırdı. ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “trol fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR