İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putin yenə gərginliyi PİK HƏDDƏ çatdırdı - Bu ölkə AYAĞA QALXDI

Rusiya prezidenti Vladimir Putinin Polşa ilə bağlı sərt açıqlamalarından sonra Polşa Rusiya Federasiyasının Varşavadakı səfiri Sergey Andreyevi Xarici İşlər Nazirliyinə çağırıb.

Musavat.com xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Rusiya səfirinə Moskvanın mövqeyinin düşmənçilik olduğunu bildirib.

"Günümüzün hərbi cinayətkarı Vladimir Putinin başqa bir hərbi cinayətkar Stalinə bəraət qazandırmağa çalışması ilə bağlı bu cür qondarma tarixi təhlilləri gərginliyi artırmaq cəhdidir. Bir daha Rusiyanı Ukraynada müharibəni və işğalı dayandırmağa, cinayət törətməyə son qoymağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırırıq" - o deyib.

Polşa xarici işlər nazirinin müavini Yablonski Putinin sözlərinin tarixin və bu günün faktlarını təhrif etmək cəhdi olduğunu və belə cəhdlərə mütəmadi olaraq rast gəlinə biləcəyini əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən deyib:

“Bu gün Polşanın qərbindəki torpaqlar Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublar. Xatırladacağıq”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR