İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putin ƏMR verdi, proses BAŞLADI - Silahlanma yarışı artır

Rusiya prezidenti Vladimir Putin 33 il əvvəl soyuq müharibəyə son qoyan və Avropanın təhlükəsizliyinə zəmanət verən Konvensional Qüvvələr haqda Avropa Sazişindən tamamilə çıxma prosesinin başlanmasını əmr edib. 

Musavat.com xəbər verir ki, Putin bu barədə xarici işlər nazirinin müavini Sergey Ryabkova göstəriş verib.

Rusiya müqavilədən çıxdığını rəsmən elan etdikdən sonra Qərblə Rusiya arasında kritik bölgələrdə yeni silahlanma yarışının başlayacağı gözlənilir.

Rusiyanın bu addımı Qərbin Ukraynaya ağır silah yardımı etdiyi üçün atdığı təxmin edilir.

Qeyd edək ki, 2007-ci ildə Rusiya parlamentinin Aşağı Palatası Avropada qüvvələri və silahları məhdudlaşdıran Sovet dövrünün sazişini yekdilliklə dayandırmağa səs vermişdilər. Səsvermənin nəticələrinə görə, Moskva Konvensional Qüvvələr haqda Avropa Sazişi qarşısındakı öhdəliklərindən imtina etmişdi. Rusiya tərəfindən öhdəliklərdən imtina edilsə də, hüquqi qüvvəsini davam etdirən saziş tərəflərin sahib ola biləcəyi 6 növ ağır silahı məhdudlaşdırdı.

Lakin Rusiyanın müqavilədən çıxması ilə Avropa qitəsində silahlanmaya nəzarət mexanizmi qalmayacaq.

Konvensional Qüvvələr haqda Avropa Sazişi 1990-cı ildə NATO-nun 16 ölkəsi ilə 6 Varşava Paktı ölkəsi arasında imzalanıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR