İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Putin Əliyevə zəng etdi, Laçın dəhlizində etirazlar və gərginlik - CANLI

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Xankəndidə olan separatçılar (özlərini “deputat” adlandırırlar – red.) Laçın dəhlizinə keçməyə cəhd ediblər. Bu barədə “Hraparak” məlumat yayıb. Məlumata görə, onlar Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlılar tərəfindən saxlanılıb:

Onlara bildirilib ki, Laçın dəhlizinə heç kimin buraxılmamasına dair yuxarı komandalıqdan göstəriş var.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Rusiya sülhməramlıları azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə əlavə texnika cəlb ediblər.

Belə ki, bölgəyə kran və bir neçə yük maşını gətirilib. Hələlik, texnikanın hansı məqsədlə gətirildiyi bəlli deyil.

TVMUsavat-ın saat `15:00-da canlı efirində AMİP sədri Arzuxan Əlizadə ilə Laçın yolundakı son gərginliyi müzakirə edirik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 




Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR