İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: “Paşinyan hələlik açıqlanmayan sürpriz razılaşmaya gedib” – Ermənilər AYAĞA QALXDI - CANLI

10 may tarixində Azərbaycan Qarabağda növbəti qələbəsini elan edə bilər. Bu iddialar Ermənistan mediasında gündəmə gəlib. “Hayeli” saytı yazır ki, 2023-cü il “Heydər Əliyev ili”dir və 10 mayda Heydər Əliyevin 100 illiyi qeyd olunacaq.

“Mümkündür ki, Bakı 10 may tarixində növbəti qələbəsini elan edəcək. Bunun nədən ibarət olduğunu demək çətindir, amma istisna edilməməlidir”, – deyə erməni KİV yazır.

Qeyd edək ki, Prezident İlham Əliyev müharibədən sonra çıxışlarında torpaqlarımızın azad olunmasının, xüsusilə Şuşaya bayrağımızın sancılmasının ata vəsiyyəti olduğunu bəyan edib. Bu haqda sonuncu dəfə Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışdı. Ermənistan mediasının iddiaları daha çox beynəlxalq ictimaiyyətə hesablanmış təbliğat kimi görünür və məqsəd “Azərbaycanın Qarabağda etnik təmizləməyə hazırlaşır” kimi absurd iddialar ətrafında ictimai rəy formalaşdırmaqdır.

Hərçənd, Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra rəsmi Bakı artıq Qarabağda böyük üstünlük əldə edib, o cümlədən, separatçıların istifadə edə biləcəyi bütün yolları bağlayıb. Bu baxımdan, hərbi müstəvidə addımları atılması ehtimalı zəif görünür. Lakin 10 may tarixində nəsə elan edilərsə, bu, böyük ehtimalla, diplomatik müstəvidə əldə edilmiş nələrsə ola bilər.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Ərəstun Oruclu və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR