İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili! İsveçdə məktəbə silahlı hücum: çox sayda yaralı var

Musavat.com xəbər verir ki, İsveçin Örebro şəhərində bir məktəbdə silahlı hücum baş verib. Polis beş nəfərin güllələndiyini açıqlayıb. Yaralıların vəziyyəti barədə hələ ki, rəsmi məlumat verilməyib.

Hadisə paytaxt Stokholmun təxminən 200 kilometr qərbində yerləşən Örebro şəhərində qeydə alınıb. Silahlı hücumun yerli vaxtla saat 13:00-dan əvvəl baş verdiyi bildirilir. Hücumdan sonra xilasetmə və təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb.

Reuters xəbər agentliyinin məlumatına görə, İsveç polisi hadisəni hazırda “qəsdən adam öldürməyə cəhd, qəsdən yanğın törətmə və ağır silah cinayətləri” kimi araşdırır. Hücumun motivi və şübhəlilər barədə hələ ki, açıqlama verilməyib.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasetmə xidmətləri cəlb olunub. Hücumun baş verdiyi məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və sakinlərdən həmin ərazidən uzaq durmaları istənilib.

İsveçdə məktəblərə hücumlar nadir hallarda baş versə də, son illərdə oxşar hadisələr qeydə alınıb. Hücumla bağlı araşdırma davam edir.

Musavat.com

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR