İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İsrail Qəzzada əməliyyat planlarını DƏYİŞİR

İsrail ordusu ABŞ-ın təzyiqi ilə Qəzza zolağında quru əməliyyatı keçirmək planlarını dəyişir.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən üç yüksək rütbəli İsrail rəsmisi bildirib ki, ABŞ-ın HƏMAS-a qarşı müharibədəki rolu və təsiri keçmişdə olduğundan daha dərin və güclüdür.

Nəşrin müəllifləri iddia edirlər ki, Qəzza zolağında əməliyyat planlaşdırıldığından gec başlaya və daha uzun davam edə bilər. Bu dəyişikliklər potensial mülki itkilərin sayını azaltmaqla bağlı ola bilər.

Bundan əlavə, ABŞ əməliyyata "Hizbullah"ın cəlb olunmasından ehtiyat edir. Buna görə də münaqişənin coğrafiyasını genişləndirəcək ikinci cəbhə açıla bilər. Nəticədə ABŞ münaqişəyə cəlb olunacaq.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR