İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İranla ABŞ arasında GƏRGİNLİK artır - Hörmüz boğazında TƏHLÜKƏLİ ANLAR

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani Hörmüz boğazında ABŞ-a məxsus nüvə sualtı qayığı aşkar edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Şəhram İrani ABŞ-ın nüvə sualtı qayığı ilə İran Hərbi Dəniz Qüvvələri arasında Hörmüz boğazında təhlükəli yaxınlaşma olduğunu və ABŞ sualtı qayığının xəbərdarlıqdan sonra istiqamətini dəyişdiyini bildirib.

ABŞ-ın "Florida" adlı nüvə sualtı qayığı aşkarlanmamaq niyyəti ilə Hörmüz boğazından keçməyə cəhd göstərib, lakin İranın "Fateh" sualtı qayığı onu suyun səthində üzməyə məcbur etdi. O, müəyyən qədər bizim ərazi sularımıza daxil olub, lakin xəbərdarlıqdan sonra istiqamətini dəyişib" - İran Hərbi Dəniz Qüvvələrinin komandanı deyib.

İrani ABŞ-ın beynəlxalq qanunlara əməl etməli olduğunu vurğulayıb:

"ABŞ ilk növbədə böyük əhəmiyyət kəsb edən sularda beynəlxalq qanunlara niyə əməl etmədiyini açıqlamalıdır. İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-a son xəbərdarlığı ondan ibarətdir ki, onlar bundan sonra bütün beynəlxalq qanunlara əməl etsinlər. ABŞ vacib dəniz yolunda qaydaları niyə pozduqlarını izah etməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR