İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran qüvvələri BU ÖLKƏYƏ daxil oldu - ŞOK VİDEO

İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın “Kətaib Hizbullahı” və “Fatimiyyun” dəstələri Suriya ərazisinə daxil olublar.

Musavat.com-un xəbərinə görə, yerli mənbələr bildirir ki, onlarla Həşdi-Şəəbi qüvvəsi Suriyanın şərqindəki Əl-Bukamal bölgəsindən keçərək şimal cəbhələrinə göndərilib. Silahlılar orada yardımçı qüvvə kimi yerləşdirilmək üçün səfərbər edilirlər.

Qeyd olunur ki, İranın dəstəklədiyi bu hərbi qruplaşmalar bölgədə həm Suriya hökumətinə, həm də İranın regional təsirini gücləndirmək məqsədinə xidmət edirlər. Bu hərəkətlərin bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcəyi ehtimal edilir.

Qüvvələrin Suriya Prezidenti Bəşər Əsədin müraciətinə cavab olaraq köməyə göndərdiyi bildirilir.

Məsələ ilə bağlı rəsmi mənbələrdən açıqlama verilməsə də, hadisə beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR