İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İki NATO dövləti hava məkanını və sərhədi BAĞLADI: Rus dronları TƏHLÜKƏSİ - CANLI

Musavat.com xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Qərargahı Belarus və Ukrayna ilə sərhəd boyu uçuşlara məhdudiyyət tətbiq edib. Qadağa 9 dekabradək qüvvədə olacaq və yalnız hərbi təyyarələr üçün istisna nəzərdə tutulur. Polşa tərəfi bu qərarın sərhədin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunduğunu bildirib.

Xəritədə göstərildiyi kimi, məhdudiyyətlər Belarusla sərhəd boyunca uzanan hava məkanını əhatə edir. Eyni zamanda, Latviya da Rusiya və Belarusla sərhəd boyunca hava məkanını bağlayıb. Müdafiə naziri Andris Spruds mətbuat konfransında açıqlayıb ki, bu addım ən azı 18 sentyabra qədər qüvvədə qalacaq.

Polşa daxili işlər naziri Marçin Kervinski Rusiyanın PUA hücumu ilə bağlı dezinformasiyaya yol verməməyə və informasiya vasitəsilə qarşıdurma yaratmamağa çağırıb.

Kervinski sosial şəbəkədə yazıb. “Təhlükə anında biz birlikdə olmalıyıq. Rusiyanın PUA hücumundan istifadə edib qarşıdurma yaradanlar ən yaxşı halda Kremlin faydalı axmağıdır”, - nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 10-daPolşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan Rusiya PUA-larının müəyyən olunaraq məhv edildiyini açıqlayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR