İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Gərginlik PİK HƏDDƏ çatdı: "Bu, səhv və təhlükəlidir"

Çin Tayvana silah satışına görə ABŞ-ın iki müdafiə şirkətinə sanksiya tətbiq edəcək.

Musavat.com AFP-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlayıb.

Mətbuat katibi açıqlamasında bu şirkətlərin Lockheed Martin və Northrop Grumman olduğunu bildirib.

Sözçü ABŞ hökumətinin Çinin şiddətli müqavimətinə baxmayaraq, Tayvana silah verməkdə qərarlı olduğuna diqqət çəkib, bu vəziyyətin Pekinin suverenliyi və təhlükəsizlik maraqlarına ciddi ziyan vurduğunu iddia edib.

Ning bu siyasəti "səhv və təhlükəli yol" kimi xarakterizə edib.

Qeyd edək ki, avqust ayında Vaşinqton xarici hökumətlərə yardım proqramı çərçivəsində ilk dəfə ABŞ-ın Tayvana birbaşa hərbi yardımını təsdiqləyib. ABŞ prezidenti Co Bayden müsahibəsində bildirib ki, ABŞ ordusu Tayvanı Çinin mümkün hücumundan qoruyacaq. Amerikanın CBS kanalına müsahibə verən Bayden "Beləliklə, ABŞ ordusu Tayvanı müdafiə edəcək?" sualına “Bəli” cavabını verib.

Baydenin bu sözləri “Çinə hədə-qorxu” kimi şərh edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR