Onlayn ictimai-siyasi qəzet
Ermənistan tərəfi mümkün təxribatlara hazırlaşaraq regionda gərginliyi artırmaqda davam edir.
Musavat.com bu barədə "Bez Tormozov"a istinadən xəbər verir.
Bildirilir ki, martın 25-də “Yerkrapa” erməni terror təşkilatının rəhbəri Sasun Mikaelyan şərti sərhəddəki mövqelərə baş çəkib. Onun bu səfəri Ermənistanın regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat törətmək planlarından xəbər verir.
Səfərdən görüntülər erməni mediasında paylaşılıb.
Görüntülərdən də bəlli olur ki, ermənilər təxribat törətmək üçün tətikdədilər və regionda vəziyyəti gərginləşdirmək üçün demək olar ki, hazır vəziyyətə gətiriliblət.
Görüntüləri təqdim edirik.
@@TVmusavat/111905@@
Toğrul İSMAYIL,
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ