İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Ermənilər Qaragöl istiqamətini minaladılar, vəziyyət gərginləşdi – Natiq Cəfərli ilə “Canlı debat”

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayıblar.

Bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan xəbərdə bildirilib.

Qeyd edilib ki, azərbaycanlı hərbçilərin Qaragöl ərazisindəki mövqelərdə möhkəmlənməsi erməni tərəfində ciddi qorxu və narahatlıq hissini artırıb.
“Oradakı azərbaycanlı hərbçilər qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana qədər gəlib çata bilərdilər”,-deyə “Hraparak” bildirib.
Qəzet yazır ki, vəziyyət ermənilər üçün o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisində təxminən 1 kilometr uzunluğunda məsafəni - Qaragölə doğru olan zonanı minalamaq qərarına gəlib.

Kəndin icma başçısı Varo Qriqoryan da ərazinin minalandığını “Hraparak”a təsdiqləyərək, əlavə şərh verməyib.

“Hraparak” minalanma ilə bağlı Xoznavr kəndinin erməni sakinlərinə əvvəlcədən xəbərdarlıq edilmədiyini də bildirib. Nəticədə kəndlilərdən birinin həmişəki kimi ərazidə otlayan atları minaya düşərək ölüb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR