İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Ermənilər hərəkətə keçdi – yeni yol çəkirlər, silahları üzə çıxdı – Üzeyir Cəfərovla “Canlı debat”


Bir ay əvvəl Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssisləri görünüb.
"Azadlıq" radiosu xəbər verir ki, onlar Qarabağdan Ermənistana gedən yeni yol hissəsinin layihəsini hazırlayırlar.
Məlum olduğu kimi, yeni yol Laçın dəhlizini əvəz edəcək. O, Ermənistanın Zəngəzur vilayətinin Tex və Kornidzor kəndlərindən, Azərbaycanın Laçın rayonunun kəndlərindən keçəcək.
Türkiyə və Azərbaycan inşaatçıları artıq Azərbaycan ərazisindəki işləri yekunlaşdırır, Ermənistan tərəfi isə hələ yeni layihə işlərinə başlayır.
Bəzi məlumatlara görə, Azərbaycan tərəfi 4 km-lik hissədə asfalt çəkib. Bir müddət əvvəl Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin rəhbəri Saleh Məmmədov bildirib ki, yol iyulda hazır olacaq. Amma, göründüyü qədər, yol bir qədər gec hazır olacaq. Yolun Ermənistan hissəsinin hələ layihəsinin belə hazırlanmadığını nəzərə alaraq, yekun marşrutun necə olacağı hələlik məlum deyil. Xatırladaq ki, Laçın şəhəri və Laçından Şuşaya gedən hazırki yol Azərbaycanın nəzarəti altına keçəcək, rusiyalı sülhməramlılar isə yeni yola keçəcəklər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR