İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ərdoğan ANONS ETDİ - 14 maydan sonra...

“21 ili iqtidar olmaq üzrə 40 illik siyasi həyatımızda həmişə demokratiyanı və milli iradəni müdafiə etmişik. İnşallah, mayın 14-dən sonra da bütün Türkiyə üçün sevgi ilə işləməyə davam edəcəyik”.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabındakı paylaşımında bildirib. 

Ərdoğan paylaşımında bu açıqlamalardan istifadə edib:

“Əziz millətim! Biz gəncliyimizdən fəal siyasətdə olmuşuq, sizin hüzurunuzdayıq. Biz 21 ili iqtidar olmaq üzrə 40 illik siyasi həyatımızda həmişə demokratiyanı, milli iradəni müdafiə etmişik. 1994-cü ildən bəri hansı haqsızlıqlara məruz qaldıqsa, ədalətə riayət etdik, ədalətlə hərəkət etdik. Biz 85 milyon insanın hamısını qucaqladıq, heç kimi kənara qoymadıq. Biz heç bir vətəndaşımızın həyat tərzinə qarışmadıq. Biz cəmiyyətimizin bütün təbəqələrinin hüquq və azadlıqlarının sahələrini genişləndirdik.

Bizdən əvvəl bu ölkədə baş örtüyünə, geyimlərə qadağalar var idi; aradan qaldırdıq. İnsanlar öz inanclarını sərbəst və rahat şəkildə həyata keçirə bilmirdilər; dəyişdik. Terror təşkilatları vətəndaşlarımızın nəfəs almasına imkan vermirdi; başlarını əzdik. Demokratiyamız axsaq idi, yeriməkdə çətinlik çəkirdi; gücləndirdik. Dövlət öz vətəndaşlarına yuxarıdan aşağı baxırdı; biz bunu yeni anlayışla əvəz etdik. Xarici ölkələr bizə daim düzəlişlər edir, istiqamətlər çəkirdilər; dur dedik.

Təbii ki, biz bu mübarizədə çoxlu maneələrlə, təzyiqlərlə, təhdidlərlə, sataşmalarla, sui-qəsdlərlə, qarayaxma kampaniyaları ilə üzləşmişik. Demokratiya hərəkətlərimizin qarşısı alınmağa çalışıldı, həyatımız çevriliş cəhdləri ilə hədəfə alındı. Amma biz dik durmaqla ölkəmizi 21 il əvvəlkindən daha azad, daha firavan, daha sülhsevər, iqtisadi cəhətdən daha güclü vəziyyətə gətirdik. 2002-ci ildən bəri biz ancaq xidmət siyasəti, iş siyasəti və qardaşlıq siyasəti ilə məşğuluq.

İnşallah 14 maydan sonra da bütün Türkiyə üçün sevgi ilə işləməyə davam edəcəyik”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR