İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili eniş- təyyarədə güllələnən var


Belizdə baş verən hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

Musavat.com xəbər verir ki, ABŞ vətəndaşı Belizdə sərnişin təyyarəsini ələ keçirib. Silahlı şəxs bıçaqla sərnişinləri və ekipaj üzvlərini hədələyərək təyyarəyə daha çox yanacaq doldurulmasını və ölkədən çıxarılmasını tələb edib. Hadisə zamanı hava gəmisinin iki saat boyunca nəzarətsiz şəkildə havada dolaşdığı bildirilir.

Təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olub. Hücum nəticəsində üç nəfər bıçaqlanaraq xəsarət alıb. Gərgin anlarda sərnişinlərdən biri odlu silahdan istifadə edərək təyyarəni qaçıran şəxsi zərərsizləşdirib.

Nəhayət, təyyarə San-Pedro hava limanında uğurla eniş edib. Hadisə ilə bağlı ABC News məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR