İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! DÜNYA TƏŞVİŞDƏ- 29 ölkədə rast gəlinib, sürətlə yayılır

3 il əvvəl həyatımıza daxil olan koronavirus pandemiyası həm fərdi həyatımızda, həm də bütün dünyada çox şeyi dəyişib. Geniş yayılmış peyvənd kampaniyaları və qorunma sayəsində dünya miqyasında yüngülləşmə müşahidə edilsə də, oktyabr ayında Nyu-Yorkda ortaya çıxan yeni variant dünyanı həyəcanlandırıb.

Musavat.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Kraken" kimi də tanınan XBB.1.5 variantı pandemiya başlayandan bəri müşahidə edilən ən yoluxucu ştammdır.

ÜST Avropa və ABŞ-da bu variantın yayılma sürətindən narahat olduğunu açıqlayıb:

"BB.1.5 digər variantları sürətlə əvəz edib. Bizim narahatlığımız onun nə qədər yoluxucu olmasıdır. Bu virus nə qədər çox dövr edirsə, bir o qədər dəyişəcək".

63b7b01f7af50733a089edfb.jpg (89 KB)

Yeni variant indiyədək 29 ölkədə aşkar edilib. ABŞ-da koronavirus xəstələrinin 40 faizindən çoxunun XBB.1.5-ə yoluxduğu təxmin edilir.

Yeni ştamm narahatlıq doğursa da, "Kraken"in köhnə variantlardan daha təhlükəli olub-olmadığı hələ məlum deyil. Bəzi ekspertlər yeni variantın çox yoluxucu olmasına baxmayaraq, yüngül olduğunu bildirirlər.

XBB.1.5-in simptomlarının Omikron alt tiplərinə oxşar olduğu düşünülür. Bu, əksər insanlarda özünü soyuqdəyməyə bənzər simptomlarla göstərir.

63b7ad377af50733a089edf4.jpg (42 KB)

Krakenin yayılma sürətini göstərən xəritələr yeni infeksiya dalğası ilə bağlı narahatlıqları artırıb.

İndiyə qədər yeni ştamma 24 yoluxma faktının qeydə alındığı İngiltərə ölkəni sarsıdan sağlamlıq böhranına qarşı maska ​​tələbi və evdən işləmək kimi məsələləri gündəmə gətirib. Səhiyyə orqanları xəstə və immuniteti zəif olan insanlardan zəruri olmadıqca evdən çıxmamağı xahiş edib.

Almaniya hökuməti də vətəndaşlarına diqqətli olmaları barədə xəbərdarlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR