Onlayn ictimai-siyasi qəzet
Koreya Respublikasının prezidenti Yun Sok-Yeol ölkədə hərbi vəziyyət elan edib.
Musavat.com xəbər verir ki, bu barədə Yonhap agentliyi prezident administrasiyasına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbir Şimali Koreya tərəfdarlarına qarşı mübarizə ilə bağlıdır. Prezident bəyan edib ki, Şimali Koreya ilə əlaqəli olan müxalifət qüvvələri hökumətin əsas qurumlarının işinə maneə yaradırlar, ölkədə dövlət çevrilişi hazırlanır.
Cənubi Koreya Müdafiə Nazirliyi isə ölkənin ən böyük hərbi birləşmələrinin komandirləri ilə müşavirə çağırıb. Orduya təhdidlərə qarşı həssaslığı gücləndirmək tapşırılıb.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ