Onlayn ictimai-siyasi qəzet
ATV-nin məşhur intellektual yarışması "Kim milyonçu olmaq istəyir" bu dəfə Qəzza mövzulu sualla gündəmə gəlib.
Proqramın aparıcısı Oktay Kaynarca düzgün cavab elan edildikdən sonra studiyada alqış istəməyib.
Yarışmanın iştirakçısı Ahmet Atakan Demir ilk mərhələləri uğurla keçərək 300 min TL-lik suala qədər irəliləyib. Həmin sual belə idi:
"BMT Təhlükəsizlik Şurasının iclasında açıqlanan UNİCEF məlumatlarına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada İsrail tərəfindən hər gün neçə uşaq öldürülüb?".
İştirakçı cavab variantlarından "28"-i seçdi və bu cavab düzgün elan olundu.
"Bu gün düzgün cavab üçün alqış istəmirik. Çünki rəqəm rəsmi olaraq 28 göstərilsə də, bu, əslində bir faciənin rəsmi tərəfidir" - sözlərini işlədib./Milli.az/
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ