Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban ölkəsində “Antifa” hərəkatının terrorçu təşkilat elan olunması təşəbbüsü ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, bu barədə radio "Kossuthun" efirində danışıb.
Orban bildirib ki, ABŞ prezidenti Donald Trampın “Antifa”nı terrorçu təşkilat kimi tanımaq qərarı ilə həmrəy olduğunu göstərmək üçün oxşar addım atmağa hazırdır.
Xatırladaq ki, Tramp bu məsələ ilə bağlı mövqeyini 18 sentyabr tarixində açıqlamışdı.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ