İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Böyük əməliyyata SAYILI GÜNLƏR qaldı - Müharibənin gedişatı dəyişir

NATO üzvləri və tərəfdaşlarından ibarət Ukrayna Müdafiə Təmas Qrupu dünən Almaniyanın Ramşteyn bazasında toplaşıb. Görüş Ukraynanın əks hücuma keçmək üzrə olduğu xəbərlərin yayıldığı dövrə təsadüf edir.

Musavat.com xəbər verir ki, ABŞ aviabazasında keçirilən görüşdə Kiyevə hava hücumundan müdafiə, sursat və logistika dəstəyi müzakirə olunub.

Rusiya prezidenti Vladimir Putinin hər şeydə yanıldığını bildirən ABŞ-ın müdafiə naziri Lloyd J. Austin Ukraynanın azad yaşaması üçün lazım olan hər şeyi təmin edəcəklərini ifadə edib: “Bizi güvəndə saxlayan qaydalara əsaslanan beynəlxalq nizamı birlikdə müdafiə edəcəyik. Nə qədər vaxt aparmasından asılı olmayaraq, biz birlikdə Ukraynanı dəstəkləyəcəyik. Putin demokratik yolla seçilmiş Kiyev hökumətini asanlıqla devirə biləcəyini düşünürdü. Birliyimizin dağılacağını fikirləşirdi, amma hər şeydə yanıldı”.

NATO-nun baş katibi Yens Stoltenberq də görüşdən əvvəl verdiyi açıqlamada təkcə yeni sistemlər və silah dəstəyi üçün deyil, həm də onların işləməsini təmin edəcək elementlər üçün dəstəyə ehtiyac olduğunu bildirib. Stoltenberq Ukraynaya lazım olduğu qədər dəstək veriləcəyini və bunun müharibədən sonra da davam edəcəyini qeyd edib.

ZELENSKİ NATO-ya TƏZYİQ GÖSTƏRİR

644318734e3fe0146cef5d88.jpg (55 KB)

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya daxil olması üçün Alyansa getdikcə təzyiq göstərir. Alyans üvləri tərəfindən Ukraynanın yerinin NATO olduğu vurğulansa da, hələ ki real addım siqnalı yoxdur. Stoltenberq isə hazırda prioritetin Ukraynanın müharibədən qalib çıxmasını təmin etmək olduğunu bildirir: “Bütün NATO üzvü ölkələr Ukraynanın alyansa daxil olmasına yaşıl işıq yandırıb. Lakin hazırda əsas diqqətimiz Ukraynanın səbirli olmasını təmin etməkdir, çünki Ukrayna Avropada suveren, müstəqil dövlət kimi yaşaya bilmirsə, üzvlüklə bağlı müzakirələrin mənası yoxdur”.

Müharibənin bitəcəyi vaxtın qeyri-müəyyənliyi Ukraynanı dəstəkləyən ölkələrin uzunmüddətli hazırlıqda olmasını tələb edir. və savaşdan sonra Ukraynaya davamlı dəstəyi təmin edəcək uzun perspektivli yanaşmanın yaradılmasına səy göstərilir.

Görüşdən əvvəl verilən açıqlamalarda Hollandiya və Danimarka Ukraynaya daha 14 "Leopard" döyüş tankı verəcəklərini bəyan edib. Polşa və Slovakiya isə bundan əvvəl MiQ-29 qırıcıları vermişdi. Müxtəlif döyüş təyyarələrinin verilməsi ilə bağlı müzakirələr də davam edir. Çoxsaylı HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı da daxil olmaqla, 325 milyon dollarlıq yeni paketi elan edən ABŞ Ukraynaya göndəriləcək 31 "Abrams" döyüş tankı üçün irəli çəkilmiş cədvəllə Almaniyada təlimlərə başlayır. NATO-nun iyulun 11-12-də Litvada keçiriləcək sammitində Ukrayna müharibəsi əsas gündəm məsələlərindən biri olacaq.

ƏKS-HÜCUMA SAYILI GÜNLƏR QALIB

644318634e3fe0146cef5d85.jpg (80 KB)

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Ukrayna prezidenti Volodimir Zelenskini bu ölkə üçün çoxillik proqrama başlamaq və daimi dəstəyi təmin etmək məqsədi daşıyan sammitdə iştirak etməyə dəvət edib və Ukrayna lideri dəvəti qəbul edib.

Zelenski bəyan edib ki, ölkəni işğal edən Rusiya qüvvələrini dəf etmək üçün hazırlanan böyük əks-hücum əməliyyatına sayılı günlər qalıb. O bu bəyanatı Almaniyadakı Ramşteyn aviabazasında Qərb müttəfiqləri ilə görüşdən əvvəl açıqlayıb. Ukrayna lideri Zelenski dünən səhər Ukrayna xalqı qarşısında çıxışında deyib ki, böyük əks-hücum əməliyyatına günlər qalıb. Ramşteyn bazasında alınacaq qərarların həyati əhəmiyyət daşıdığını vurğulayan Zelenski deyib. “NATO rəhbərliyi və Qərb müttəfiqlərimiz bizə veriləcək yeni hərbi yardımla bağlı bu gün (dünən - red) mühüm qərarlar verəcəklər. Bundan sonra ordumuz cəbhədə əks-hücuma başlayır. Proses qaçılmazdır”, - deyə, o bildirib.

KREMLDƏN SƏRT CAVAB

peskov.jpg (56 KB)

Dünən rəsmi Moskvadan NATO əleyhinə yeni bəyanatlar gəlib.

Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin “bütün NATO ölkələri Ukraynanın alyansa daxil olmasına yaşıl işıq yandırıb” sözlərinə münasibət bildirib. Kremlin sözçüsü deyib ki, Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatın məqsədlərindən biri də Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaqdır.

"Stoltenberqin sözləri onu göstərir ki, əməliyyatı davam etdirməkdən başqa seçimimiz yoxdur” - Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiyaya qarşı 10 sanksiya paketi təqdim edən Avropa İttifaqı yenilərini hazırlayır. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla bir qrup dövlət nüvə sektorunun yeni sanksiyalar paketinin diqqət mərkəzində olmasına çalışır. Berlin də eyni fikirdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR