İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Azərbaycanda tələbələri daşıyan avtobus aşıb, XEYLİ SAYDA YARALI var

Azərbaycanda tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cü il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, yaralılar arasında tələbələr də var.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR