İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Aİ-nin missiyası erməniləri YALANLADI - Ermənistana ŞOK

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin müşahidəçilər istiqamətində atəş açması ilə bağlı bəyanatını təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ermənistan qaynaqlarında göstərilib.

“Missiyanın heç bir müşahidəçisi atəşə məruz qalmayıb. Biz sərhəd bölgələrində patrul xidməti həyata keçiririk və Brüsselə hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı hesabat veririk”, - deyə məlumatda qeyd olunub.

fols.jpeg (61 KB)

Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Yuxarı Şorca bölgəsində patrul aparan Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində atıcı silahlardan atəş açdığını bəyan etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR