İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Aİ-də çatlar DƏRİNLƏŞİR -Avropa iki ölkənin arasında qaldı

Avropa üçün ABŞ-dan ayrı siyasətin olmasını istəyən Makron Aİ-nin bəzi liderlərindən dəstək alır, Rusiya ilə qonşu olan şərq ölkələri isə ABŞ-la birgə siyasətin tərəfdarıdır...

Rusiya-Ukrayna müharibəsinin kritik mərhələdə olduğu, Tayvan məsələsində isə gərginliyin qaynar münaqişəyə çevrilməsi riskinin artdığı bir vaxtda Fransa prezidenti Emmanuel Makronun Çinə səfəri zamanı verdiyi açıqlamalar Avropa İffifaqındakı çatları ortaya qoyub. Çinin Rusiyaya təsir imkanlarından istifadə edərək Ukraynada sülh masası qura biləcəyinə inananların sayı artsa da, Makronun ABŞ-la bağlı ritorikası Aİ diplomatları arasında ciddi fikir ayrılıqları yaradıb.

Musavat.com bildirir ki, Çinin Ukraynadakı rolunun vacibliyini vurğulayan təkcə Makron deyil. Əvvəllər Almaniya kansleri Olaf Şolz, İspaniyanın baş naziri Pedro Sançes və Aİ rəsmiləri də bunu dilə gətiriblər. Əsas məsələ Makronun başqa bir gərginlik mənbəyi olan Tayvan mövzusundan uzaq durmağın vacibliyini vurğulamasıdır. Yəni Makron Avropa üçün ABŞ-dan ayrı, muxtar siyasətlərinin olmasını istəyir.

6439e4684e3fe01608280c9e.jpg (73 KB)

Fransız liderin Avropa üçün strateji muxtariyyət mesajını təkrarlaması Aİ-də müzakirələri alovlandırıb.

Avropa Şurasının prezidenti Çarlz Mişel bu fikirdədir ki, Makron Aİ daxilində təcrid olunmuş mövqeyə malik deyil və Fransa lideri ilə eyni mövqeyi tutanlar var.

“Aydındır ki, Avropa İttifaqı Şurasının masasında ABŞ-la münasibətlərlə bağlı nüanslar və həssaslıqlar ola bilər. Bəzi Avropa liderləri hər şeyi Makron kimi deməyə bilər” - deyən Mişel Makron kimi düşünən Aİ liderlərinin sayının az olduğuna diqqət çəkib.

O, ABŞ ilə müttəfiqlik öhdəliyinin yüksək olduğunu vurğulayıb: “Amma ABŞ-la müttəfiqlik hər bir məsələdə ABŞ-ın mövqeyini sistematik şəkildə kor-koranə izləməyimiz demək deyil”.

Makrona dəstək Macarıstanın baş naziri Viktor Orbandan gəlib. Makronun əziyyət çəkən Avropa qitəsinə kömək edə biləcək bir vizyona sahib olduğunu və onun strateji muxtariyyət istəyini dəstəklədiyini ifadə edən Orban Fransa prezidentinin Çinə səfərinin qlobal böhranın qarşısının alınması baxımından irəliyə doğru bir addım olduğunu bildirib.

6439e4704e3fe01608280ca3.jpg (90 KB)

Mərkəzi və Şərqi Avropa ölkələri, həmçinin Baltikyanı ölkələr Makronun açıqlamalarına fərqli prizmadan baxırlar.

Polşanın Baş naziri Mateuş Moraviecki ABŞ-a səfəri zamanı deyib: “Mən amerikalılarla daha da sıx ittifaq qurmaqdan başqa alternativ görmürəm. Polşanın qərbindəki ölkələr bunu daha az başa düşürsə, bu, çox güman ki, tarixi şəraitə görədir".

Brüsselin Çin siyasətinin aydın olduğuna diqqət çəkən Aİ diplomatları bildirirlər ki, əsas vəzifə Pekinə daha dəqiq ortaq yanaşmanın yaradılmasıdır.

 

Fransa lideri Makron kimi dünən Pekində təmaslarını davam etdirən Almaniyanın xarici işlər naziri Annalena Baerbok da Pekindən Rusiya üzərindəki nüfuzundan istifadə edərək Ukraynadakı müharibəni dayandırmağa çağırmasını istəyib. Baerbokun Çin paytaxtına səfəri Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Pekini böhranın həllində daha böyük rol oynamağa çağırmasından bir həftə sonraya təsadüf edir.

Pekin Ukrayna böhranında neytral rol oynamağa çalışsa da, Çin lideri Si Cinpin Moskvaya səfəri və Putinlə isti münasibətlərinə görə son həftələr tənqid obyektinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR