İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ rəsmisindən şok AÇIQLAMA: İran rejimi çökür – Əhməd Obalı ilə “Canlı debat”

İranda iğtişaşlar iki aya yaxındır ki, davam edir. Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin həbsdən bir neçə saat sonra vəfat etməsi ilə başlayan etiraz aksiyaları bütün ölkədə qadın hərəkatına və nəhayət, rejim əleyhinə üsyana çevrilib. Polislə nümayişçilər arasında baş verən qarşıdurmada ümumi itkilərin sayı 300-ü keçib.

Musavat.com "Voice of America"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” açıqlamasını şərh edən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu sözlərin iranlı etirazçılarla həmrəylik demək olduğunu, İranda rejimin çökdüyünə dair ABŞ-ın əlində heç bir məlumat olmadığını bildirib.

"Biz iranlı etirazçılarla həmrəyik, çünki onlar öz haqları və qadının nə geyinib-geyinə bilməyəcəyi uğrunda mübarizə aparmağa çalışırlar. İran rəhbərliyi özünün yaratdığı problemlərlə məşğuldur. Amma son nəticədə İranın gələcəyi İran xalqına məxsus olmalıdır" - Kirbi qeyd edib.
İranda bu mərhələdən sonra nələr baş verəcək? Proseslər hara doğru inkişaf edəcək?

Bu və gündəmdəki digər sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində GunAZ TV-nin rəhbəri Əhməd Obalı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR