İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ “düşmən”lə əlbir oldu - Dünyanı DƏHŞƏTƏ gətirən əməkdaşlıq

ABŞ-ın “düşmən”lə əməkdaşlıq etdiyi üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Washington Post"a ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmilərindən biri məlumat verib.

Xəbərdə bildirilir ki, Əfqanıstan 2021-ci ildə ABŞ-ın qəfil geri çəkilməsindən sonra İŞİD-Xorasan qruplaşması (İŞİD-X) terrorçularının sığınacağına çevrilib. Sözügedən bəyanata görə, yeni Taliban hökuməti cihadçılara qarşı mübarizədə gözlənilməz müttəfiq tapıb: bu müttəfiq ABŞ-dır.

Açıqlamalardan belə anlaşılır ki, vaxtilə düşmən olan Taliban və ABŞ İŞİD-X-ə qarşı birgə mübarizə aparıb. Adının açıqlanmasını istəməyən müdafiə rəsminin sözlərinə görə, “Talibanın İŞİD-X-ə təzyiq göstərməsi bir həqiqətdir”.

“New York Post” isə yazıb ki, ABŞ və Taliban fəlakətli bir geri çəkilmədən sonra Əfqanıstanda İŞİD-ə qarşı döyüşmək üçün güclərini birləşdirir.

5b7d807ae361c074048b4e84.jpg (52 KB)

Pentaqonun sızdırılan sənədlərində də terror təşkilatının ABŞ və Avropanı hədəf alan silsilə aksiyalar hazırladığına dair məlumatlar var.

İŞİD-Xorasan qruplaşması (İŞİD-X) 2013-cü ildə Əl-Qaidənin İraq qolunun ayrılması nəticəsində yaranan İraq Şam İslam Dövlətinin Pakistan-Əfqanıstan bölgəsindəki qoluna verilən addır.

İŞİD 2013-cü ilin aprelində İraqda qurulduqdan 1 il sonra - 2014-cü ildə Rakka və Mosulu ələ keçirməklə qısa zamanda güclənib, 2015-ci ilin yanvarında gücünün zirvəsində olanda Pakistan və Əfqanıstandan İraq və ya Suriyaya gedərək təşkilata qoşulmaq istəyən döyüşçüləri toplayıb, Pakistan Talibanını tərk edən silahlıları da terror qruplaşmasına cəlb etməklə İŞİD-X-i qurduğunu elan edib.

Bundan qısa müddət sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in İraq və Suriyadakı gücünü böyük ölçüdə məhv edib və 2017-ci ildə təşkilatı, demək olar ki, tamamilə yox etdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR