İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB sədrindən Bakıda baş vermiş partlayışla bağlı AÇIQLAMA

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində tibb müəssisələrinə 37-yə yaxın xəsarət almış şəxs daxil olub.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

"Hadisə baş verən əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar tibb müəssisələrinə yerləşdirilib. Stasionar müalicə alan 23 nəfərdir, 7 nəfərin vəziyyəti ağırdır, üç nəfərin vəziyyəti isə kritik ağırdır, iki nəfər evə buraxılıb", - o qeyd edib.

Sədr əlavə edib ki, xəsarət alan şəxslər Respublika Klinik xəstəxanası, Nərimanov, Sabunçu xəstəxanalarına yerləşdirilib. Yanıq mərkəzinə olan müraciətlər daha çoxdur. Bəzi şəxslərdə travmatoloji xəsarətlər də var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR